AZ

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Trend:

İyulun 25-də ADA Universitetində beşinci “Yüksəliş”müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimikeçirilib.

Trend xəbər verir ki,mərasimdə Azərbaycan Respublikası Prezidenti AdministrasiyasınınHumanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlərşöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsininsədri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentininköməkçisi, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü AnarƏləkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri AdilKərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın vəUşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə,gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçiqrupunun rəhbəri Fərhad Hacıyev, habelə ekspertlər və qalibləriştirak ediblər.

Çıxış edənlər “Yüksəliş” müsabiqəsinin ölkədə effektividarəçiliyin təşviqi və yeni nəsil idarəçilərin yetişdirilməsibaxımından strateji platformaya çevrildiyini vurğulayıblar.Bildirilib ki, müsabiqə təkcə seçim və qiymətləndirməmərhələlərindən ibarət olmayıb, həm də iştirakçılar üçün praktikibilik və təcrübə imkanları yaradaraq onların fərdi və peşəkarinkişafına mühüm töhfə verib.

Tədbirin sonunda beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinədiplomlar təqdim olunub.

Qeyd edək ki, qaliblər qarşıdakı dövrdə idarəetmə sahəsində dahageniş imkanlara sahib olmaqla yanaşı, 20 min manat məbləğində pulmükafatı, həmçinin birillik fərdi Mentorluq proqramındanfaydalanmaq imkanı əldə edirlər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsisedilib. Dövlətimizin başçısı beşinci “Yüksəliş” müsabiqəsininkeçirilməsi ilə bağlı 2024-cü il dekabrın 18-də Sərəncamimzalayıb.

Seçilən
53
16
az.trend.az

10Mənbələr