AZ

Bağçalara elektron növbələrin yaradılması sistemində yaranan problemə aydınlıq gətiirlib

Saat 15:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılması sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Saat 15:00-dan etibarən müvafiq sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb və yüklənmə aradan qaldırılıb. Hazırda proses uğurla davam edir. Belə ki, bugün Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22796 növbə yaradılıb.

Seçilən
25
25
apa.az

10Mənbələr