Bakı. Trend:
Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm vəgənclər naziri Givi Mikanadze ilə görüşüb.
Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluqvə strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyibildirilib.
G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcəkAzərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər vətəhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadəolunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.