AZ

Agentlik: Bu gün Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22 min 796 növbə yaradılıb

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22 min 796 növbə yaradılıb.

Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 25 iyul saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılmasına başlanılıb. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv edilib. Saat 15:00-dan etibarən müvafiq sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb və yüklənmə aradan qaldırılıb. Hazırda proses uğurla davam edir.

Seçilən
88
azertag.az

1Mənbələr