AZ

MÜTDA-nın portalında problem yarandı - RƏSMİ

25 iyul saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılmasına start verilib.

Bu barədə News24.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv edilib:

"Saat 15:00-dan etibarən  müvafiq sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb və yüklənmə aradan qaldırılıb. Hazırda proses uğurla davam edir. Belə ki, bugün Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22796 növbə yaradılıb".

Aqil Qarayev

Seçilən
66
25
news24.az

10Mənbələr