Moskva Arbitraj Məhkəməsi Amerikanın proqram təminatı hazırlayan Microsoft Corporation şirkətinin Rusiya bölməsi olan "Microsoft Rus" MMC-nin iflas ərizəsini qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, ərizə iyulun 24-də məhkəməyə verilib və məhkəmə hələ başlamayıb.
Bundan əvvəl şirkət “bütün maraqlı tərəflərə” iflas üçün məhkəməyə müraciət etmək niyyəti barədə bildiriş dərc edib.
Qeyd olunur ki, bildirişdə bank qarşısında yerinə yetirilməmiş öhdəliklərin məbləği göstərilməyib.