Bakı. Trend:
ABŞ-nin Nyu-Meksiko Universitetinin tələbə şəhərciyindən silahlıinsident baş verib.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ali təhsil müəssisəsinin administrasiyasınınverdiyi məlumata əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, 1nəfər yaralanıb.
Silahlı hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs hələ dəazadlıqdadır. Onun kampusun ərazisində olduğu ehtimal edilir.Universitet rəhbərliyi tələbələrə təhlükəsiz ərazilərə sığınmağaçağırıb.
Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri səfərbərolunub.