Fransanın Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair qərarını ləğv edib.
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə qərar məhkəmənin bugünkü iclasında qəbul edilib.
Qeyd edək ki, son həftələr ərzində rəsmi Paris dəfələrlə bir sıra ölkələrə Bəşər Əsədin olduğu yerin müəyyənləşdirilməsi ilə bağlı müraciət göndərib.