AZ

Azərbaycanda 232 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən avqustun 1, 5 və 7-də hərraclar keçiriləcək.

Trend DövlətXidmətinə istinadən xəbər verir ki, hərraclara müəssisə, texnika və232 nəqliyyat vasitəsi çıxarılacaq.

Avqustun 1-də keçiriləcək hərraca texnika və 16 lot üzrə 97nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri1980-2012-ci illəri əhatə edir.

Avqustun 5-də keçiriləcək hərraca Şəki şəhərində yerləşən əmlakkompleksi və 18 lot üzrə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlakkompleksinin ümumi faydalı sahəsi 14.900 kvadratmetr, torpaq sahəsi85.368 kvadratmetrdir. Avtomobillərin buraxılış tarixləri1986-2018-ci illəri əhatə edir.

Avqustun 7-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsiçıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2001-2013-cü illəriəhatə edir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtHlinki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az”və “www.auksion.gov.az” internet saytlarından hərracaçıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Seçilən
41
13
az.trend.az

10Mənbələr