AZ

Rusiyada yaşayış binasında baş verən partayışda beş nəfər ölüb

Rusiyanın Saratov vilayətində məişət qazının partladığı yaşayış binasının dağıntıları altından beşinci meyit çıxarılıb.

"Report" yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin baş idarəsi məlumat yayıb.

Ölənlər arasında bir uşaq var.

Bildirilib ki, yeddi nəfər tibbi yardım üçün müraciət edib, onlar ambulator müalicə alırlar.

Hadisə yerində dağıntıların təmizlənməsi davam edir, xilasedicilər və kinoloqlar işləyirlər.

Qeyd edək ki, daha əvvəl dörd nəfərin öldüyü bildirilmişdi.

Seçilən
55
report.az

1Mənbələr