
"Pivə qarını" adlanan abdominal piylənmədən xilas olmaq üçün düzgün qidalanma və fiziki aktivlik əsas şərtlərdir. Bu barədə NEWS.ru-ya Dövlət Maarifləndirmə Universitetinin idman fənləri üzrə dosenti, fitnes-məşqçi Aleksandra Sulim danışıb.Sulim xəbərdarlıq edir: yalnız məşq, amma yanlış qidalanma – əks nəticəyə gətirə bilər. Çünki artıq kalori fonunda məşq əzələlərin böyüməsinə səbəb ola bilər və qarın daha da böyüyər.🥗 Qidalanma tövsiyələri:✅ Şəkər, duz, ağ un və doymuş yağları minimuma endirin✅ Tərəvəzlər, turş olmayan meyvə və giləmeyvələr, göyərti, tam taxıllar✅ Yağsız ət, balıq və süd məhsulları✅ Qidaları buxarda, sobada, qrildə və ya qaynadaraq hazırlayın✅ 4–6 dəfə, 250–300 qramlıq kiçik porsiyalarla qidalanın✅ Gecə yeməklərinə son verin, su içməyi unutmayın✅ Həftədə bir dəfə yüngül “boşalma günü” edin🏋️♀️ Effektiv məşqlər:Berpi (burpee)Bədən bükülmələri (crunches)“Alpinizm” (mountain climbers)PlankOturub-qalxma (squat)Vakum məşqi (abdominal vacuum)Ağırlıqlarla addımlama (lunges with weights) Nəticəni gücləndirmək üçün kardio və güc məşqlərini, eləcə də nəfəs texnikalarını birləşdirmək tövsiyə olunur. Alternativ olaraq, liposaksiya, kriolipoliz, aparat terapiyaları, vakum-massaj və intralipoterepiya da mövcuddur. Amma sağlam yanaşma – pəhriz və idman tandemidir.Ulusum.az
Diqqət Çəkənlər
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi
Aysel Teymurzadə boşanır?