ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD liderlərindən birini məhv edib.
APA xəbər verir ki, bu barədə komandanlığın “X” hesabında məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Hələb vilayətinin əl-Bab bölgəsində İŞİD liderlərindən olan Muslih əl-Hardani və onun İŞİD-lə əlaqəli iki oğlu zərərsizləşdirilib.
Qeyd olunub ki, sözügedən şəxslər ABŞ Koalisiya Qüvvələrinə və Suriyanın yeni hökumətinə təhdid xarakteri daşıyıb.
Məlumatda ABŞ qüvvələrinin bundan sonra da terrorçuları hədəf alacağı əks etdirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.