Bakı, 25 iyul, AZƏRTAC
Beşinci “Yüksəliş” müsabiqəsi ən az qalibin qeydə alındığı müsabiqə oldu. Ötən illərdən fərqli olaraq bu il 20 nəfər qalib qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
O bildirib ki, qaliblər arasından 19 nəfəri kişi, 1 nəfəri qadındır: “Müsabiqədə keçid balı 12-dir. İştirakçılar arasından 27 nəfər 11 bal toplayıb. Bu isə müsabiqənin rəqabətli keçdiyinin göstəricisidir”.