AZ

Tramp komandası Konqresə təzyiq edir - "Ukrayna yardım boşa gedir”

BAKI, 25 iyul. TELEQRAF

Donald Tramp Ukraynanın ABŞ-dən aldığı hərbi yardımı israf etməsinə sərt reaksiya verə və Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın sülh şərtlərini qəbul etməyə məcbur edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The American Conservative" jurnalı mənbələrə istinadla yazı dərc edib.

Məqalədə bildirilir ki, əgər Tramp Ukraynaya ayrılan yardımların səmərəsiz və qeyri-effektiv xərcləndiyi qənaətinə gələrsə, cavab sürətli və sərt ola bilər. O, Zelenskini Rusiyanın sülh danışıqları üçün irəli sürdüyü şərtləri qəbul etməyə məcbur edə bilər.

Jurnal qeyd edir ki, Trampın özünün Ukraynadakı antikorrupsiya orqanları - Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu ilə bağlı xüsusi marağı olmasa da, onun ətrafındakı “MAGA” (Make America Great Again) hərəkatının üzvləri və mühafizəkar respublikaçılar arasında Zelenskiyə qarşı açıq antipatiya var.

Nəşrin fikrincə, bu dairələr Ukraynadakı korrupsiya hallarını və Zelenskiyə qarşı artan narazılığı, ABŞ-nin Ukrayna ilə münasibətlərinə son qoymaq üçün təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Məqalədə vurğulanır ki, həmin qüvvələr müharibənin ABŞ-nin deyil, “Baydenin müharibəsi” olduğunu əsas gətirərək, Vaşinqtonun Ukrayna dəstəyindən çəkilməsini istəyirlər.

Xatırladaq ki, son günlər ABŞ Konqresindəki bəzi siyasətçilər də NABU və SAPO-nun fəaliyyətinə müdaxilə iddialarını tənqid edərək, Ukraynadakı korrupsiyanın ABŞ dəstəyinin davamı üçün ciddi risk yaratdığını qeyd ediblər.

Seçilən
48
teleqraf.com

1Mənbələr