AZ

Ceyhun Bayramov Slovakiya səfirini diplomatik fəaliyyətinin başa çatmasına görə qəbul edib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyasəfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başaçatması münasibətilə qəbul edib.

Bu barədə Trend-əAzərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri,habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikirmübadiləsi aparılıb.

Səfirə Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiyaikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətindəgöstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətindəuğurlar arzulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlısəfər və təmasların, habelə siyasi məsləhətləşmələr mexanizmindənistifadənin vacibliyi qeyd olunub. Ötən il ölkəmizdə keçirilənBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) zamanı iki ölkə liderləriarasında baş tutan görüşün, habelə müxtəlif beynəlxalq tədbirlərçərçivəsində xarici işlər nazirləri arasında aparılan fikirmübadilələrinin faydalı olduğu diqqətə çatdırılıb.

İqtisadiyyat, ticarət, elm, mədəniyyət və s. sahələr üzrəəməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, buistiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davametdirilməsinin əhəmiyyəti qeyd edilib.

M.Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək vəsəmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiyamünasibətlərinin daha da inkişafı istiqamətində arzularınıçatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.

Məqalədə:
Seçilən
51
22
az.trend.az

10Mənbələr