AZ

Ermənilər də Naxçıvandan Türkiyəyə dəhliz istəyir...

“İndi baxın, “Zəngəzur dəhlizi” deyilən məsələni müzakirə edirlər, bəs niyə, məsələn, “Naxçıvan dəhlizi”nin formalaşdırılmasını müzakirə etmirlər. Və əgər Azərbaycan yükləri Zəngəzurdan gəlib-getməlidirsə, o zaman Ermənistan yüklərinin Naxçıvandan daşınması məsələsini niyə müzakirə etmirlər?”
 
Moderator.az xəbər verir ki, bu fikirləri NEWS.am -a müsahibəsində “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan ifadə edib.
 
“Bəs o vasitəçi qarant kim olmalıdır, təhlükəsizliyi kim təmin etməlidir? Yəni mahiyyət etibarı ilə Ermənistanın “bütün Ermənistanın Türkiyə-Azərbaycan ittifaqı üçün Turan dəhlizinə xidmət edən “proxodnoy dvor”a çevrilməsindən söhbət gedir”, -deyə davamında erməni siyasətçi bildirib.
 
 
Seçilən
53
moderator.az

1Mənbələr