Makron İsrailin təhlükəsizliyini təmin edə bilməz. Ümid edirəm, Paris küçələrində bunu bacarar.
Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Fransa Prezidenti Emmanuel Makronun ölkəsinin Fələstin dövlətini tanıyacağını deməsinə cavab olaraq bildirib.
Saar Makronun bu qərarını xəyali və təhlükəli adlandırıb və Fələstin dövlətinin HƏMAS-ın təsiri altında mövcud ola biləcəyini iddia edib.
İsrail Baş naziri Benyamin Netanyahu da Makronu qınayaraq bildirib ki, bu addım bölgədə sülhə yox, yeni bir İran təsirli dövlətin yaranmasına səbəb ola bilər:
“Fələstinlilər İsrailin yanında yox, yerində dövlət istəyirlər”.