AZ

Üç şəhid Kəlbəcərdə dəfn olundu GÖRÜNTÜLƏR

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev Kəlbəcər rayonunda dəfn ediliblər.

Modern.az xəbər verir ki, şəhidlərlə vida mərasimi Kəlbəcər şəhər Şəhidlər xiyabanında keçirilib.

Mərasimdə şəhidlərin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidlərin nəşi yaylım atəşi altında torpağa tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
modern.az

1Mənbələr