
ABŞ ordusu İŞİD terror hərəkatının yüksək rütbəli komandirini məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, Müslih əl-Hərdani Suriyanın şimalındakı əl-Bab şəhəri yaxınlığında keçirilən reyd zamanı öldürülüb. Onunla birlikdə iki oğlu Abdullah əl-Hərdani və Əbd ər-Rəhman əl-Hərdani də öldürülüb. ABŞ onların da terror qruplaşması ilə əlaqəli olduğunu bildirir.