“Arbea İnşaat” şirkətinin rəhbərinə “stop” qoyulub.
Valyuta.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, şirkət və rəhbərinin dövlət büdcəsinə ümumilikdə 19 689,39 manat borcu olub.
Borc ödənilmədiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək şirkət rəhbərinə stop qoyulmasını xahiş edib.
“Arbea İnşaat” şirkəti 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədzadə Şamil Kamal oğludur.
Hüseyn