AZ

BMT dron hücumlarından narahatdır - "Mülki itkilər artır"

BAKI, 25 iyul. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya ərazisinə hücumları nəticəsində mülki itkilərin artması barədə yayılan məlumatlardan narahat olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bunu BMT baş katibinin köməkçisi Miroslav Yença Təhlükəsizlik Şurasının Ukrayna üzrə keçirilən iclasında səsləndirib.

“Biz Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisinə hücumları nəticəsində mülki əhali arasında itkilərin artmasından narahatıq. Bununla belə, BMT Rusiya Federasiyasındakı insidentlər və mülki itkilərlə bağlı yayılan xəbərləri müstəqil şəkildə təsdiq edə bilmir”, - deyə Yença qeyd edib.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının budəfəki iclası bir sıra Avropa ölkələrinin təşəbbüsü ilə çağırılıb.

Seçilən
13
teleqraf.com

1Mənbələr