BAKI, 25 iyul. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, danışıq zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları müzakirə olunub.
Tərəflər bölgədəki son vəziyyət və sülh prosesinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.