AZ

“Vulverhempton” Con Aryasla gücləndi

“Vulverhempton” 27 yaşlı kolumbiyalı sağ cinah hücumçusu Con Aryası “Fluminense”dən tamhüququlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Vulverhemton”a 17 milyon avro məbləğ müqabilində başa gəlib.

Con Aryas “Patriotas Boyaka”nın məzunudur. Hücumçu, karyerası ərzində “Lyaneros” (icarə), “Amerika Kali”, “İndependyente Santa-Fe” və “Fluminense”də çıxış edib.

2024/2025-ci illər mövsümündə Aryas “Fluminense” üçün 35 oyuna çıxıb, 4 qol, 13 məhsuldar ötürmə ilə fərqlənib.

Con Aryas 2022-ci ilin iyun ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 31 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı kolumbiyalı sağ cinah hücumçusunun transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
21
arena.az

1Mənbələr