Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncama əsasən təsis edilən “Yüksəliş” müsabiqəsinin bu ilki – beşinci mövsümünün qalibləri elan olunub.
Valyuta.az xəbər verir ki, 20 nəfər qalibdən yalnız biri qadındır - Eyyub Fatimə Elçin qızı.
Final mərhələsi “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqədə 124 nəfər iştirak etmişdi.
Bu il seçilənlər arasında yaş fərqi 24–39 aralığında dəyişir. Onların 42,86%-i dövlət qurumlarında, 57,14%-i isə özəl sektorda çalışır.
Qaliblərin siyahısı və onların hazırda harda işlədiyi ilə bağlı siyahı aşağıdakı kimidir:
1. Ələsgərov Kamran Tahir oğlu – “Bp”
2. Mustafayev Fərid Vüsal oğlu – Azərbaycan Mərkəzi Bankı
3. Sadıxlı Kamran Tahir oğlu – Arxitektura və Şəhərsalma Komitəsi
4. Məmmədov İbrahim Allahverdi oğlu – “Tabaterra Leaf” MMC
5. Balacanov Məmməd Şahrəddin oğlu
6. Həsənov Məmməd İslam oğlu
7. Daşdiyev Qoşqar Ramiz oğlu – “Kapital Bank”
8. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu – “Azərbaycan Supermarket” MMC (“Bravo”)
9. Kərimli Əli İdrak oğlu – “AZCON Holdinq”
10. Mirzəzadə Elnur Ceyhun oğlu – “CBC Global” MMC
11. Nağıyev Orxan Mayıl oğlu – “Azergold” MMC
12. Hüseynov Numrəddin İlham oğlu – “Bakcell”
13. Hüseynli Mirqəni Mir Kamal oğlu – “Azercosmos”
14. Ağayev Əliağa Əlifağa oğlu
15. Hüseynzadə Ramil Mahmud oğlu – Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinika rəisi
16. Xəlilov Toğrul Mehman oğlu – “Kapital Bank”
17. Eyyub Fatimə Elçin qızı – Elektron Təhlükəsizlik Xidməti
18. Məmmədli Elnur Yasin oğlu
19. Hüseynov Fərid Şahin oğlu – “AZAL”
20. Əsgərxanlı İrşad Natiq oğlu – “Agro Food Investment” MMC
Qaliblər bir illik fərdi inkişaf proqramı ilə yanaşı, 20 min manatlıq mükafat da qazanıblar.