
“Gidelim Buralardan”, “Sokak Kızı”, “Erkekler de Yanar” kimi mahnılarla tanınan məşhur müğənni Nazan Öncel, may ayında keçirdiyi ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmiş, aparılan anjiyo əməliyyatı nəticəsində ona iki stent qoyulmuş və daha sonra evə buraxılmışdı. Lakin müğənni ötən günlərdə yenidən ürək tutması keçirib. Xəstəxana otağından bir foto paylaşan Nazan Öncel belə yazıb:“Bu ürək üçün daha nə edim? Nə istədisə etdim; 'yeri' dedi, yeridim, 'pəhriz et' dedi, etdim, 'bol su iç' dedi, içdim, 'stent' dedi, 'baş üstə' dedim; olmursa olmur demək ki… Hadi dua edin…”Ulusum.az
Diqqət Çəkənlər
Mixail Qusman TASS-dakı yüksək vəzifəsindən azad edildi
Aysel Teymurzadə boşanır?
ABŞ Konqresi Klinton cütlüyünü dindirmək istəyir – Epşteyn istintaqı genişlənir