Marsel “Olimpik”inin 30 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Valenten Ronjye bundan sonra “Renn”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Renn”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Renn”ə 5,5 milyon avro məbləğ müqabilində başa gəlib.
Valenten Ronjye “Nant”ın məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində həmçinin Marsel “Olimpik”i üçün çıxış edib.
Geridə qalmış mövsümdə Ronjye “Olimpik” üçün 27 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Valenten Ronje milli komandaya cəlb edilməyib, həmçinin futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.
