
Türkiyənin Antalya şəhərində davam edən meşə yanğınları tanınmış müğənni Bülent Ersoyun villasına da sıçrayıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənlərinin müdaxiləsi nəticəsində alov yayılmadan söndürülüb.
Məlumata görə, villada olan Bülent Ersoy təxliyə edilib.
Onun səhhətinin yaxşı olduğu bildirilir.
Yanğın zamanı villaya ziyan dəyib.