ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Avropa İttifaqı növbəti 7 illik büdcə tsiklində Ukraynaya 360-370 milyard avro xərcləməyi planlaşdırır.Newscenter.az RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Macarıstanın baş naziri Viktor Urban deyib. Onun sözlərinə görə, Brüsselin planına görə, Ukrayna yeddi il ərzində 360-370 milyard avro dəstək alacaq.Bu, Macarıstanın hər il pensiya ödənişlərinə xərclədiyi məbləğdən 18 dəfə çoxdur.Onun sözlərinə görə, Brüssel təşkilata üzv ölkələrə ayrılan subsidiyaların məbləğinə yenidən baxarsa, bundan ən çox zərər çəkən fermerlər olacaq, Ukraynada fəaliyyət göstərən transmilli korporasiyalar isə bundan faydalanacaq.Anar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.