Xaçmazda avtomobil yolunda ağacların olması sürücülərdə çaşqınlıq yaradır.
Xezerxeber.az-ın məlumatına görə, Xudat şəhərindən Yalama istiqamətinə gedən yol genişləndirilib.
Yolun bir tərəfinə velosiped zolağı çəkilib. Lakin ağaclar yolun hərəkət hissəsində qalıb.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli etiraf edib ki, yol genişləndirilərkən təhlükəsizlik tədbirləri görülməyib.
Onun sözlərinə görə, qısa müddət ərzində ərazidə təhlükəsizlik tədbirləri görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.