Zərifə Əliyeva adına Milli Oftamalogiya Mərkəzi “Azeri Med” QSC ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, QSC Mərkəzin dərman preparatlarının, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 470 331,79 manatdır.
Mediada gedən məlumatlara görə, “Azeri Med” QSC deputat Kamaləddin Qafarova məxsusdur.
Hüseyn