Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərinəmanətlərinin həcmi 15,437 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, əmanətlərin həcmi cari ilin iyunun 1-nə nisbətən374 milyon manat və ya 2,5%, ötən ilin analoji dövrü ilə müqayisədəisə 1,2 milyard manat və ya 8,8% artıb.
Bu ilin iyulun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklardaəmanətlərinin həcmi 10,444 milyard manat, xarici valyuta ilə isə4,993 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyun ayının 1-i iləmüqayisədə 308 milyon manat və ya 3%, illik müqayisədə isə 1,074milyard manat və ya 11,5% artıb.
Xarici valyuta ilə isə bu göstərici cari iyunun 1-nə olanrəqəmlərə nisbətən 66 milyon manat və ya 1,3%, illik nisbətdə isə182 milyon manat və ya 3,8% artıb.