AZ

"Aston Villa" Martinezin yerinə əvəzedici axtarıb

“Aston Villa” hələ də qapıçısı Emiliano Martinesə əvəzləyici axtarır.

90deqiqe.Az-ın “L’Équipe” nəşrinə istinadən verdiyi məlumata görə, Birmingem klubunun rəhbərliyi Fransanın “Lill” klubunda çıxış edən qapıçı Lük Şevalyeni transfer etməyi nəzərdən keçirir.

Məlumata görə, 23 yaşlı qolkiper hələlik klubunu dəyişməyə maraq göstərmir. Lakin Martines “Aston Villa”dan ayrılacağı halda, klub Şevalyenin transferi üçün real addımlar atacaq.

Qeyd edək ki, 40 milyon avroya satıla bilən Şevalyeri PSJ də diqqətlə izləyir. Ötən mövsüm Şevalyer komandasının çempionatda beşinci yeri tutmasına kömək edib. Ümumilikdə o, 48 oyun keçirib və bu oyunda 53 qol buraxıb. Onun 13 oyunu təmiz qolla var.

Seçilən
59
90deqiqe.az

1Mənbələr