AZ

Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy–Yuxarı Ağcakənd avtomobil yolunun Tatarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
133
6
apa.az

10Mənbələr