"Barselona"da yeni əsas kapitanın müəyyənləşdirilməsi gündəmdədir.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi qolkiper Mark-Andre ter Ştegenin kapitan sarğısını əlindən almaq qərarına gəlib. Buna səbəb kimi futbolçunun keçirdiyi əməliyyatdan sonra yaxın zamanda meydana dönməyəcəyi göstərilir.
Hazırda “Barselona”nın ehtiyat kapitanları siyahısında Ronald Arauxo, Frenki de Yonq, Pedri və Rafinya yer alır. Məhz bu dörd futbolçu yeni kapitan olmaq üçün əsas namizədlər hesab olunur.
Bundan əlavə, İnyiqo Martines, Robert Levandovski, Ferran Torres və Lamine Yamalın da ciddi namizədlər sırasında olduğunu vurğulayır.
Komandanın baş məşqçisi Hans-Diter Flikin qarşısında iki seçim var – ya yeni kapitanı özü təyin edəcək, ya da bu məsələni futbolçuların səsverməsinə çıxaracaq.