Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı verilmiş həbs orderini ləğv edib.
Bizim.Media xəbər verir ki, bu order 2023-cü ilin noyabrında, Suriyada kimyəvi silahların tətbiqi şübhəsi ilə başlanan istintaq çərçivəsində verilmişdi.
Məhkəmənin qərarında bildirilir ki, orderin ləğv edilməsinə səbəb onun o vaxt dövlət başçısı olmasıdır. Beynəlxalq hüquqa əsasən, dövlət başçıları digər ölkələrin məhkəmələrində cinayət təqibindən immunitetə malikdirlər.
Bununla belə, Fransanın ali məhkəmə instansiyası qeyd edib ki, hazırda Əsəd artıq dövlət başçısı olmadığından, gələcəkdə ona qarşı yeni həbs orderləri verilə bilər (AFP, AP).
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta