AZ

Nemət Musayev “Kəpəz”i “Difai”yə dəyişdi

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlaşan “Kəpəz” futbolçusu Nemət Musayev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Gəncə klubu 23 yaşlı müdafiəçini “Difai”yə icarəyə verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nemət Musayevin mövsümün sonuna kimi Birinci Liqa təmsilçisində çıxış edəcəyi vurğulanıb.

“Kəpəz” daha öncə Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli ilə də yollarını ayırmışdı. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyev isə Gəncə klubu ilə yeni müqaviləyə imza atıblar. “Kəpəz” gedənlərin əvəzində Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri və Katsper Rosanı heyətinə qatıb.

Seçilən
108
arena.az

1Mənbələr