AZ

“Atletiko”nun futbolçusu vətəninə qayıdır

Madrid “Atletiko”sunun vingeri Samuel Lino Avropanı tərk edərək vətəninə qayıda bilər.

90deqiqe.Az-ın “ESPN”a istinadən verdiyi məlumata görə, braziliyalı futbolçunun “Flamenqo”ya keçidi tamamlanmaq üzrədir. 

Mənbənin xəbərinə görə, tərəflər danışıqların son mərhələsindədir və artıq transferin əsas şərtləri razılaşdırılıb. Müqavilənin məbləği təxminən 25 milyon avro təşkil edəcək. Yaxın vaxtlarda klubların son formalıqları da həll edəcəyi gözlənilir.

Samuel Linoya bir neçə İngiltərə klubu da maraq göstərib, həmçinin “Napoli”nin də futbolçu ilə maraqlandığı bildirilib. Lakin transferin baş tutmasında həlledici rol “Flamenqo”nun baş məşqçisi – “Atletiko”nun sabiq oyunçusu Filipe Luisin şəxsi təşviqi olub. Məhz o, Linonu Rio-de-Janeyro klubuna qoşulmağa razı salıb.

Samuel Lino 2023/24 mövsümündə La Liqada 31 oyuna çıxaraq 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
39
90deqiqe.az

1Mənbələr