AZ

Ukrayna ilk dəfə Rusiya vətəndaşını Moskvaya təhvil verdi

Ukrayna ilk dəfə Rusiyaya Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşmək məqsədilə ölkəyə gələn öz vətəndaşını təhvil verib. Rusiya mediasının yaydığı məlumata görə, söhbət Çuvaşıyadan olan Aleksey Gerasimovdan gedir.

KONKRET.az xəbər verir ki, Gerasimov 23 mayda Rusiyaya qaytarılan 120 mülki şəxsin arasında olub. Bildirilir ki, o, Çeboksarı şəhərində anadan olub və orada böyüyüb. Ukraynaya getdikdən sonra “Sibir batalyonu”na qoşulmaq istəsə də, müqavilə rəsmiləşməyənə qədər döyüşməkdən imtina edib. Bundan sonra o, miqrasiya düşərgəsinə yerləşdirilib və orada doqquz ay qalıb. Nəticədə Ukrayna məhkəməsi onu ölkədən çıxarmaq barədə qərar verib və Gerasimov Rusiyaya ekstradisiya olunub.

Rusiyaya qaytarıldıqdan sonra onun adı “Rosfinmonitorinq”in terrorçular siyahısına salınıb və hazırda o, istintaq təcridxanasında saxlanılır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
60
1
konkret.az

2Mənbələr