AZ

Binaların altına vurulan beton yolu sıradan çıxardıbVİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-2" yaşayış kompleksində binaların altına vurulan beton avtomobil yolunu sıradan çıxardıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyib ki, binaların altına dolan qrunt sularının qarşısını almaq üçün istifadə edilən beton növbəti dəfə avtomobil yolunu yararsız vəziyyətə salıb.

Onların sözlərinə görə, sıradan çıxan yollarda həm piyada, həm də avtomobillərin  hərəkəti çətinləşir.

Məsələ ilə bağlı əvvəlcə Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən yer Agentliyin xidmət etdiyi ərazi deyil.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ərazi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Qobu Park" yaşayış kompleksinin podratçısı tərəfindən binaların vəziyyəti müntəzəm olaraq yoxlanılır və zəruri profilaktik tədbirlər həyata keçirilir: “Hal-hazırda davam edən təmir işləri tamamlandıqdan sonra ərazinin təmizlənməsi təmin ediləcək və mövcud problemlər tamamilə aradan qaldırılacaq”. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
xezerxeber.az

1Mənbələr