AZ

ABŞ Suriyada İŞİD-in yüksək rütbəli komandirini zərərsizləşdirib

ABŞ Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD qruplaşmasının yüksək vəzifəli üzvünü zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, əməliyyat Suriyanın şimalında yerləşən Əl-Bab şəhəri yaxınlığında həyata keçirilib.

Əməliyyat zamanı İŞİD-in yüksək rütbəli lideri və onun qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.

Seçilən
43
4
apa.az

5Mənbələr