AZ

"Meta" Aİ-də bu reklamları dayandırır

"Meta" Aİ-də siyasi reklamları dayandırır

Valyuta.az xəbər verir ki, “Meta” və “Google” oktyabr ayından etibarən Avropa İttifaqında siyasi reklamların satışını və nümayişini dayandıracaqlarını açıqlayıblar. Şirkətlər bu qərarı Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi “Siyasi Reklamların Şəffaflığı və Hədəflənməsi Aktı” (TTPA) ilə əlaqələndirirlər.

Yeni qanun siyasi reklamların kim tərəfindən maliyyələşdirildiyini, hansı seçkiyə aid olduğunu, nə qədər xərcləndiyini və hansı hədəfləmə alətlərindən istifadə edildiyini açıq şəkildə göstərməyi tələb edir.

Həmçinin şəxsi məlumatlardan yalnız istifadəçinin açıq razılığı ilə istifadə olunmasına icazə verir və bəzi həssas məlumatlardan (etnik mənsubiyyət, siyasi baxış və s.) istifadəni qadağan edir.

"Meta" və "Google" bildirirlər ki, bu qanun əməliyyat baxımından çox mürəkkəbdir və hüquqi qeyri-müəyyənliklər yaradır, bu səbəbdən reklam xidmətlərini dayandırmaq qərarına gəliblər.

Sərvanə Rəmixanova

Seçilən
57
1
valyuta.az

2Mənbələr