Bakı. Trend:
Ağdərədə daha bir istiqamətdə yanğın çıxıb.
Ağdərə rayon Həsənriz kənd sakinlərinin Trend-in yerli müxbirinəverdiyi xəbərə görə, rayonun Umudlu kənd ərazisində yanğın müşahidəolunur. Alov ətraf yaşayış məntəqələrindən də aydın görünür.
Qeyd edək ki, Xocavənd rayon ərazisində yanğın hələ də davamedir. Alovun söndürülməsi üçün əraziyə 50 nəfər əlavə olaraq cəlbedilib.
Trend xəbər verir ki, hazırda bütün istiqamətlərdə yanğınlarınsöndürülməsi üçün tədbirlər görülür.
Alovun hansı səbəbdən baş verdiyi araşdırılır.