"Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde klubu ilə əmək müqaviləsini 2030-cu ilin iyun ayına qədər uzatmağa razılaşıb.
90deqiqe.Az-ın “RMC Sport”a istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlansa da, fransız "mavi-qranatlılar"da qalmaq istəyini bildirib.
Kunde 2022-ci ilin yayında "Sevilya"dan "Barselona"ya keçib. Keçən mövsüm o, bütün yarışlarda 53 matçda iştirak edib və bu matçlarda 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.