“Mançester Siti” yeni qapıçı transfer edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, “şəhərlilər” “Bernli”dən Ceyms Traffordu heyətinə cəlb edib.
Bu transfer üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəniləcək.
Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan ingiltərəli qolkiper 2023-cü ildən “Bernli”də çıxış edir.
“Cebheinfo.az”