AZ

Gürcüstan və Ermənistan gömrük məsələlərini müzakirə edib

İrəvanda keçirilən işçi görüş zamanı Gürcüstan və Ermənistan nümayəndələri birgə gömrük məntəqəsi ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Operativ Media xəbər verir ki, görüşdə fiziki şəxslərin və nəqliyyat vasitələrinin sərhədi keçməsi sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub.

Gürcüstan Gömrük Departamentinin rəhbəri vəzifəsini icra edən Mixail Çokoşvili bildirib ki, layihə təhlükəsizliyə riayət olunmaqla gömrük orqanları arasında səmərəli əməkdaşlığa və qanuni ticarətin asanlaşdırılmasına xidmət edəcək.

Seçilən
47
operativmedia.az

1Mənbələr