AZ

Rusiyada matəm elan olundu

  Saratov vilayətinin qubernatoru Roman Busargin iyulun 25-də şəhərdəki yaşayış binasında baş verən qaz partlayışı ilə əlaqədar olaraq bölgədə iyulun 26-nı matəm günü elan edib.

Bu barədə qubernator rəsmi teleqram kanalında məlumat yayıb.

“Saratov şəhərinin Blinova küçəsindəki yaşayış binasında baş vermiş faciəvi hadisə ilə əlaqədar iyulun 26-da bölgədə matəm günü elan edilib”, – deyə o bildirib.

Busarginin sözlərinə görə, matəm günü ilə bağlı bütün dövlət qurumları və mədəniyyət müəssisələrinə əyləncə xarakterli tədbirlərin ləğv olunması tövsiyə edilib. Eyni zamanda bölgə üzrə bayraqlar endiriləcək, televiziya və radio kanallarına isə əyləncə proqramlarını dayandırmaqla bağlı çağırış edilib.

 
Qubernator həlak olanların ailələrinə başsağlığı verərək bütün bölgə ictimaiyyətinin onların kədərinə şərik olduğunu vurğulayıb.

Qeyd edək ki, hadisə iyulun 25-də Saratov şəhərinin Blinova küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasında baş verib. Qaz sızması nəticəsində binanın yuxarı mərtəbələrində partlayış olub və künc girişin bir hissəsi uçub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir./Globalinfo.az   

Seçilən
79
referans.az

1Mənbələr