AZ

Hakan Fidan: “Danışıqlar davam edərsə, tunelin sonunda işıq görünəcək”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada sülh prosesinin irəliləməsi ilə bağlı nikbin fikirlər səsləndirib.

Doğru.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, Fidan birbaşa danışıqların davam etməsinin vacibliyini vurğulayaraq bildirib: “Danışıqlar davam edərsə, tunelin sonunda işıq görünəcək”.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və ABŞ-ın sabiq prezidenti Donald Trampla telefon danışığı zamanı onların İstanbulda görüşə biləcəklərini müzakirə etməyi planlaşdırdığını açıqlamışdı.

Rusiya prezidenti Vladimir Putin isə Zelenski ilə mümkün görüşün yalnız danışıqların son mərhələsində – konkret nəticələr əldə olunacağı təqdirdə baş tutacağını bildirmişdi.

DOĞRU.AZ

Seçilən
65
1
dogru.az

2Mənbələr