AZ

“Liverpul” “Yuventus”un futbolçusu ilə maraqlanır

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis karyerasını İngiltərənin “Liverpul” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçunun xidmətində Mersisayd təmsilçisi maraqlıdır. “Liverpul” artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

 “Qırmızılar”la yanaşı, oyunçunu “Everton” və “Vest Hem” də yaxından izləyir. Turin klubunun braziliyalı futbolçunu 40 milyon avro təklif gəldikdə satışına razılıq verəcəyi bildirilir.

Luis komandanın mövsümöncəsi hazırlığının ilk günündə iştirak etməyib ki, bu da onun mümkün ayrılığı ilə bağlı iddiaları gücləndirib.

Braziliyalı futbolçu “Yuventus”a 2024-cü ilin yayında transfer olunub. O, ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxsa da, məhsuldar fəaliyyət (qol və ya assist) ilə yadda qalmayıb.

Luisin klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun cari bazar dəyərini 30 milyon avro olaraq göstərir.

Seçilən
84
90deqiqe.az

1Mənbələr