Xorvatiyanın Zaqreb şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qaləbəsi ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olub.