AZ

Azərbaycan komandası futzal üzrə universitetlərarası Avropa çempionatının qalibi olub

Bakı. Trend:

Azərbaycan İdman Akademiyasının futzal komandası XorvatiyanınZaqreb şəhərində universitetlər arasında keçirilən Avropaçempionatının qalibi olub.

Trend xəbər verir ki,komandamız finalda İspaniya təmsilçisi "Valensiya" ilə qarşılaşıb.Rəqibini 7:2 hesabı ilə məğlub edən Azərbaycan komandası qitəçempionu adına layiq görülüb.

Komandanın Avropa çempionatında iştirakı Azərbaycan TələbəFutbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlarİttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdmanAkademiyasının dəstəyilə baş tutub.

Seçilən
98
5
az.trend.az

4Mənbələr